Ru
Bakı
USD
EUR
GBP
RUB

Süni intellekt ölülərlə ünsiyyət quracaq

news photo

03.12.2018 15:10 // High-tech

Hindistan Texnologiya İnstitutunun tədqiqatçıları süni intellektdən vəfat edən insanlarla ünsiyyət üçün istifadə imkanını öyrəniblər.

Youthportal.az yerli KİV-lərə istinadla bildirir ki, Hindistan mütəxəssisləri öz işlərində Rusiya proqramçısı Yevgeni Kuyd tərəfindən yaradılan "Replika AI" əlavəsindən istifadə ediblər. Neyroşəbəkə insanın virtual oxşar həmsöhbətini yaratmaq üçün onun rəqəmli dialoq və yazışma tarixçəsindən istifadə edir. Bu dəfə isə tədqiqatçılar Şriya Devadiqa və Bxakti Şetti "Replika AI" əlavəsini ölmüş insanların oxşarını canlandırmaq üçün tətbiq edərək rəqəmli məlumatları və dost və qohumların hekayələrini bir arada birləşdiriblər.

Tədqiqatçıların sözlərinə görə, onlar rəqəmli şüur və ya virtual ölümsüzlük anlayışını öyrənirlər. Bu, insan şəxsiyyətinin kompüterə yüklənilməsini nəzərdə tutan fərziyyəyə əsaslanan konsepsiyadır. Gələcəkdə layihə müəyyən insanlar kimi danışan və aparan avatar və ya robotların yaradılmasını təmin edə bilər.  

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi