Ru
Bakı
USD
EUR
GBP
RUB

108 dəfə Günəşi salamlama: Bakıda yoqa və sağlamlıq festivalı keçiriləcək

news photo

11.06.2019 13:40 // Cəmiyyət

Hər il bütün yoqasevərlər Beynəlxalq Yoqa Gününü qeyd etmək üçün, YARAT-ın Dənizkənarı Bulvar İdarəsi ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi nəhəng festivala toplaşır.

Bu, ən qabaqcıl müəllimlərin, sağlamlıq və özünüdərk etmə mövzusuna biganə yanaşmayan hər kəsin yığışdığı sayca beşinci festivaldır. Builki tədbir "Yoga Shahi" studiyasının təsisçisi Sabina Şahinin kuratorluğu ilə həyata keçirilir.

Sizi fərqli yoqa növləri, incəsənət və hərəkət gözləyir!

Tədbirin əsas tərəfdaşlarından biri Hindistanın Azərbaycandakı səfirliyidir.

Format: Şəhərsayağı piknik

Mövzu: Sağlamlığın və təbiətin qorunması, birlik və bərabərlik! Meyar: Özün üçün xeyirli, digərləri üçün faydalı!

Proqramda: 108 dəfə Günəşi salamlama, hindistanlı yoqindən rəsmi təqdimat, praktikanın müxtəlif növləri, fərqli ən-ənənələr və metodlar, ən aktual fiziki və mənəvi mövzulara dair leksiyalar, şərq döyüş növlərinin təqdimatı, fitnes və rəqslər, incəsənət, veqan yeməkləri və yoqa malları, etnik konsert və daha da çox xeyirli və maraqlı tədbirlər.

Bu Günəş gününü bizimlə keçirin və özünüdərk etmək məfhumunu oyadın! Tarix: 16 iyun

Saat: 06:00 – 22:00

Məkan: Dənizkənarı Bulvar (YARAT Mərkəzinin yaxınlığındakı çəmənlik)

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi