Ru
Bakı
USD
EUR
GBP
RUB

6G-da sürət 1 TB/s-yə yaxınlaşacaq

news photo

19.11.2018 15:25 // High-tech

"5G" şəbəkəsinin aktiv kommersiya istismarı 2019-cu ilə planlaşdırılıb. Artıq yeni nəsil şəbəkəsini dəstəkləyən ilk smartfonlar təqdim edilib. Bir neçə il sonra bu texnologiya dünyanın bütün regionlarında geniş yayılacaq.

Youthportal.az yerli KİV-lərə istinadən bildirir ki, bir neçə gün əvvəl Çinin Sənaye və İnformasiyalaşdırma Nazirliyində "5G" hazırlamalar bölməsinə rəhbərlik edən Syu Ksin bildirib ki, bu il konseptual mərhələdə "6G" texnologiyasının hazırlanması prosesinə  başlanılıb.Onun sözlərinə görə, indi "6G" texnologiyası üzərində Çin, ABŞ, Rusiya, Avropa Birliyi ölkələri iş aparırlar. "6G" şəbəkəsində məlumatların ötürülmə sürəti nəzəri cəhətdən 1 TB/s-yə yaxınlaşa bilər. Əhatə dairəsinin yalnız Yer kürəsində deyil, həm də suyun altında əlçatan olması "6G" texnologiyasının özəlliyi olacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi