Ru
Bakı
USD
EUR
GBP
RUB

Bilik Fondu tələbələri dövlət qulluğu ilə bağlı məlumatlandırıb

news photo

16.11.2018 18:03 // Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və Dövlət İmtahan Mərkəzinin (DİM) dəstəyi ilə Dövlət Pedaqoji Universitetində “Dövlət qulluğunun əsas vəzifələri və prinsipləri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Fonddan Youthportal.az-a bildirilib ki, sektor müdiri Xatirə Hüseynova təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib. O gəncləri maarifləndirici layihələrdən faydalanmağa çağırıb. Bildirib ki, ali təhsilini başa vuranların əmək fəaliyyətinə başlamaları üçün dövlət qulluğu haqqında ətraflı məlumat almaları səmərəli nəticələr verəcək.

DİM-in əməkdaşı Əlişirin Şükürov dövlət qulluğuna qəbulla bağlı müsabiqənin şərtlərindən, keçirilmə qaydalarından danışıb. O, Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməli olduğunu qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının inzibati idarəetmə fakültəsinin Bilik Fondunda elmi-tədqiqat təcrübəsi keçən II kurs magistrantları Xanım Rəhimova və Aysan Abdullayeva dövlət qulluqçusunun etik davranış qaydaları, əsas funksiyaları haqqında məlumat veriblər.

Sonra tələbələrin sualları ətraflı cavablandırılıb.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi