Ru
Bakı
USD
EUR
GBP
RUB

Nürəddin Mehdiyev: "Bu forum Azərbaycan gənclərinin ənənəvi olaraq fəaliyyətləri, görüdükləri işlərlə bağlı hesabatdır"

news photo

16.11.2018 16:09 // Gənclər üçün

“Azərbaycan gənclərinin VIII forumu keçirilir gənclərinin ənənəvi olaraq fəaliyyətləri, görüdükləri işlərlə bağlı hesabatdır. Gənclər formu Ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə 1996-ci ildə ilk dəfə keçmişdir. Bu Azərbaycanda unikal bir proyekdir”.

Bu sözləri Youthportal.az-a müsahibəsində Gənclər və İdman Nazirliyi yanında gənclərlə iş üzrə ictimai şuranın  sədri, “Virtual Qarabağ” informasiya – kommunikasiya texnologiyaları gənclər ictimai birliyinin sədri Nürəddin Mehdiyev deyib.

O bildirib ki, bu forum gənclərə dövlət qurumları ilə gənclər təşkilatlarını, gənclərin birgə görüşünün təmin olunması və gələcək planlarını müəyyənləşdirilməsinə, proqram- sənədin qəbul olunmasına gətirib çıxarır: “Bu forum gələcək üç il ərzində gənclərin qarşısına qoyulan vəzifələri müəyyənləşdirir və öz problemlərinin dövlət qurumlarına təqdim olunmasını gətirib çıxarır. Bu isə öz növbəsində gənclər qurumları və gənclər arasında olan ünsiyyəti, qarşılıqlı əməkdaşlığı təmin edir".

Sədr bildirdi ki, forum çərçəvəsində çoxlu çıxışlar olacaq,  panel müzakirələri olacaq. Təkcə gənclərin uğur və naliyyətləri deyil, eyni zamanda  onları düşündürən məsələlər, problemlər, qarşıda duran məsələlər müzakirə olunacaq və müəyyənləşəcək. Müzakirələr nəticəsində müəyyən nəticələrə gəlinəcək ki, bu nəticələr də sondakı addımlarda qəbul olunacaq normativ hüquqi sənədlərdə, o cümlədən, gənclər siyasəti sahəsində qəbul olunacaq sənədlərdə öz əksini tapacaq: "Burada  gənclərin, gənclər təşkilatlarının, gəncləri təmsil edən müxtəlif ayrı-ayrı qurumların səsləndirdiyi təkliflər olacaq. Bu təkliflər əsas etibari ilə yeni dövrü nəzərə alan təkliflər olmalıdır. Gənclər təşkilatları , dünya gəncləri arasında yeni çağırışlar var. Buna görə də köhnə metodlarla işləmək olmaz".

Nurəddin Mehdiyev qeyd etdi ki, gənclər siyasəti üç əsas məqsəd daşıyır. Bunlardan birincisi gənclərin sağlamlığı onların fiziki inkişafı, ikincisi gənclərinin intelektual inkişafı, yəni biliklərinin artırılması və nəhayət üçüncüsü onların vətənpərvər ruhda tərbiyə olmasıdır. Bu üç əsas məqsədə xidmət edən məsələlər qarşıya qoyulmalıdır . Bu vəzifələr dünyada gedən proseslərlə uyğunlaşdırılmalıdır. Dünyada gedən yeni meyillər, yeni tendensialar nəzərə alınmalıdır. Bunlar nəzərə alınmasa dünyada gedən proseslərlə, gənclər sahəsindəki proseslərlə ayaqlaşmaq olmaz.

Onun sözlərinə görə, bu mühüm forum şüarı olan “Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi” çox maraqlı və mənalı bir şüardır və gələcəyə doğru olan bir şüardır. Şüarın özündə Azərbaycan gəncliyinin qarşıda durduğu vəzifə , öhdəlik ehtiva olunur: " Hesab edirəm ki, forumun qəbul etdiyi sənədlər forumun müzakirə etdiyi məslələr uyğun  əldə olunmuş nəticələr çox maralı olacaq və gənclərin inkişafına xidmət edəcək”.

Qeyd edək ki, bu gün Bakı Konqres Mərkəzində Azərbaycan Gənclərinin VIII Forumu keçirilmişdir.

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi