Ru
Bakı
USD
EUR
GBP
RUB

Masallıda İKT sahəsində gənclərin rolu müzakirə olunub

news photo

16.11.2018 11:26 // Təhsil

Noyabrın 15-də Masallı şəhərindəki Gənclər Mərkəzində keçirilən maarifləndirmə tədbirində “Müasir gənclik və İKT sahəsində gənclərin rolu” mövzusunda müzakirələr aparılıb.

Youthportal.az xəbər verir ki, tədbirdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının təsir dairəsinin genişlənərək dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti əhatə etdiyini deyib. Qeyd olunub ki, bu gün bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr İKT-nin üstünlüklərindən faydalanırlar. İKT-nin tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının əsas göstəricilərindəndir.

Masallı Dövlət Regional Kollecinin metodisti, tarix müəllimi Baba Həsənov çıxışında qeyd edib ki, indi cəmiyyəti informasiya-kommunikasiya texnologiyaları sahəsində mühüm yenilik olan internetsiz təsəvvür etmək qeyri-mümkündür. Azərbaycan dövləti internetin cəmiyyətin və insanların həyatının ayrılmaz hissəsi olduğunu nəzərə alaraq, indiyə qədər bu istiqamətdə bir sıra uğurlu layihələrə imza atıb.

Masallı Rayon Telekommunikasiya Qovşağının marketinq şöbəsinin meneceri Samir Qurbanov bildirib ki, İKT-nin tətbiqinə Azərbaycanda da böyük diqqət yetirilir. Ölkəmizdə son illərdə İKT sahəsində ciddi addımlar atılıb, Azərbaycan dövləti bu istiqaməti dövlət siyasətinin əsas prioritetlərindən biri elan edib. Elə buna görə də hazırda İKT sektoru ölkəmizdə ən dinamik inkişaf edən sahələrdən biridir.

Sonra təlimçi Rafət Şirəliyev tərəfindən 30 yaxın gəncə İKT sahəsində bilik və bacarıqların artırılması istiqamətində təlim keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi