Ru
Bakı
USD
EUR
GBP
RUB

Avropanın yaş ortalamasına görə ən yaşlı futbol liqası və klubu müəyyənləşib

news photo

16.11.2018 13:20 // Cəmiyyət

Avropanın ən yüksək yaş ortalamasına sahib olan futbol liqaları müəyyənləşib. 

Youthportal.az xəbər verir ki, bu barədə İsveçrənin “CIES Football Observatory” şirkətinin hesabatında bildirilir.

Açıqlamada deyilir ki, Türkiyə Super Liqası 28,98 yaş ortalaması ilə qitənin ən yaşlı liqası seçilib. İkinci pillədə Kipr (28,38), üçüncü yerdə isə Rusiya Premyer Liqası (27,99) qərarlaşıb. 

Ən gənc liqa isə Xorvatiya çempionatı seçilib. Burada yaş ortalaması 24.64-ə bərəbərdir.

Klublarda da ən yaşlı komanda Türkiyə təmsilçisi olub. "Beşiktaş" bu göstəricidə 31.24 yaş ortalaması ilə Avropanın ən yaşlı futbol komandası olub. 

Qeyd edək ki, araşdırmalar UEFA-ya üzv olan 55 ölkənin 31-də aparılıb. Azərbaycan Premyer Liqası bu siyahıya düşməyib. 

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi