Ru
Bakı
USD
EUR
GBP
RUB

"Facebook" arzuolunmaz şəxslərlə mübarizə üçün müstəqil orqan yaradacaq

news photo

16.11.2018 10:12 // Cəmiyyət

"Facebook" şirkəti sosial şəbəkədə onun qaydalarını pozanlara qarşı mübarizədə kömək üçün müstəqil orqan yaratmaq niyyətindədir.

Youthportal.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Mark Sukerberqöz səhifəsində bildirib.

Müstəqil orqan sosial şəbəkə istifadəçilərinin şikayətlərinə baxacaq, "facebook" qaydalarını pozan yazıları kənarlaşdıracaq. Bildirilir ki, yeni qurum 2019-cu ildə yaradılacaq.

Mark Sukerberq qeyd edib ki, bu orqanın məqsədi insanların səs hüququnun və təhlükəsizliyinin təminatı olacaq.

Facebook rəhbəri həmçinin əlavə edib ki, sosial şəbəkə layihənin işlənməsi ilkin mərhələsindədir. Müstəqil orqanda kimin təmsil olunacağı hələ məlum deyil. 

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi