Ru
Bakı
USD
EUR
GBP
RUB

“BP-ni kəşf et” açıq qapılar günü (Фото)

news photo

14.11.2018 15:57 // Təhsil

Bu gün BP Azərbaycan şirkəti Bakının dörd universitetindən - Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən, Bakı Mühəndislik Universitetindən, Azərbaycan Texniki Universitetindən və Azərbaycan Memarlıq və İnşaat Universitetindən seçilmiş 30 nəfərdən ibarət tələbə qrupu üçün “BP-ni kəşf et” adlı açıq qapılar günü keçirib. 

Onlar mexanika mühəndisliyi, inşaat mühəndisliyi, elektrik mühəndisliyi, neft mühəndisliyi və geoloji kəşfiyyat üzrə təhsil alan ikinci kurs tələbələri olub.

Tədbir BP-nin təcrübə və səriştələrini bölüşmək və eləcə də gənc mühəndislərin təhsilinə və inkişafına dəstək göstərilməsi üçün şirkətin fəaliyyətləri, texnologiyaları, əməliyyatları, prosesləri və mexanizmləri haqqında məlumat vermək məqsədi daşıyan “BP-nin universitetlərlə əməkdaşlıq proqramı” çərçivəsində təşkil edilib.

BP-nin insan resursları üzrə vitse-prezidenti Nərminə Nəbiyeva deyib: “Biz inanırıq ki, bu tədbir tələbələr üçün Azərbaycanda neft və qaz sənayesindəki perspektivlər və təcrübələr haqqında daha yaxından məlumat almağa gözəl imkan yaratdı. Biz bu tədbiri tələbələrin neft-qaz sənayesində və xüsusən də BP-də mühəndis yaxud mütəxəssis kimi öz gələcək karyeralarını necə qura biləcəklərini başa düşmələrinə yardım etmək üçün nəzərdə tutmuşuq.”

Tədbirin proqramı təqdimatlardan və BP-nin obyektlərinə səfərlərdən ibarət olub. Tədbir tələbələrə BP-nin təcrübə və məzun proqramı üzrə imkanlar haqqında ətraflı məlumat almağa, BP-nin yüksək vəzifəli əməkdaşlarından onların rolları barədə öyrənməyə və eləcə də BP-yə yeni işə götürülmüş  məzunlarla  ünsiyyət qurmağa şərait yaradıb.

Tədbir çərçivəsində tələbələr həmçinin BP-nin əməliyyatçısı olduğu Səngəçal terminalına səfər ediblər və öz nəzəri biliklərinin praktikada necə tətbiq olunacağını görmək üçün iş sahələrilə yaxından tanış olublar.

 

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi