Ru
Bakı
USD
EUR
GBP
RUB

Gənclər təşkilatı “İnteqrasiya olunmuş sosial xidmətlər modelini” təqdim etdi (FOTO)

news photo

08.11.2018 17:53 // Cəmiyyət

Şirvan şəhərində  Gənclər üçün Təhsil Mərkəzi Aran regional ofisi və Şirvan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Uşaq hüquqları aylığı” ilə əlaqədar “Uşaqların hüquqları və vəzifələri” mövzusuna həsr edilmiş tədbir keçirildi.

Təşkilatdan Youthportal.az-a verilən məlumata görə, Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva tədbiri açıq elan edərək ,dövlət siyasətinin prioritet istiqaməti olan uşaqların hüquqlarının qorunması, onlarin yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması istiqamətində Şirvan şəhərində görülən işlərdən danışdı.

Daha sonra çıxış edən Gənclər üçün Təhsil Mərkəzi (GTM) Aran regional ofisinin rəhbəri Yusif Poladov qeyd etdi  ki,son illər bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl işlər aparılır, respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, konvensiyalara qoşulur. Yusif  Poladov tədbir iştirakçılarını GTM-in və Unicef-in birgə həyata keçirdiyi “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi haqqında geniş məlumatlandıraraq  Mərkəz tərəfindən növbəti bir ildə nəzərdə tutulan fəaliyyətlərdən söhbət açdı.

Tədbirdə həmçinin  Şirvan şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rafail Nəsirov , “Yetginlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun”  inspektoru polis əməkdaşı Məhəbbət Hümmətov, Hacıqəhrəmanlı qəsəbəsi bələdiyyəsinin sədri Samirə Abışova, Hacıqəhrəmanlı qəsəbəsi bələdiyyəsinin sədr müavini Elxan Şahgəldiyev  çıxış edərək Şirvan şəhərində  Gənclər üçün Təhsil Mərkəzi tərəfindən davamlı olaraq 3 il ərzində   bu sahə üzrə görülən işlərin əhəmiyyətinni vurğuladılar.

Tədbirin sonunda  Mərkəzin hüquqi və sosioloji xidməti istiqamətində vətəndaşların müraciəti qeydə alındı.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi