Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Universitetində Dövlət Bayrağı Günü qeyd olunub (FOTO)

news photo

08.11.2018 17:41 // Cəmiyyət

Azərbaycan Universitetində 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

Universitetdən Youthportal.az-a verilən məlumata görə, tədbirdə qeyd olunub ki, Azərbaycan bayrağı Azərbaycan xalqının keçdiyi tarixi yolu və dövlətçiliyimizin bütün simvollarını özündə əks etdirir.

Tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan Universiteti rektorunun müşaviri Nüşabə Quliyeva açılış nitqi ilə çıxış edərək bildirib ki, üçrəngli dövlət bayrağımız hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs və əzizdir. Bütün şəhər və rayonlarımızda Bayraq meydanı və Bayraq muzeyləri fəaliyyət göstərir. Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Bayrağı Gününün təsis olunması dövlət başçımızın tarixi irsə sahib çıxmasının bariz nümunəsidir. Nüşabə Quliyeva zəfər bayrağımızın tezliklə Şuşada, Laçında, Kəlbəcərdə və işğal altında olan digər torpaqlarımızda dalğalanacağına əminliyini də ifadə edib.

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı, sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Vəliyev çıxışında 27 aprel 1920-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin binasından götürülən üçrəngli Dövlət bayrağının vətənə qaytarılmasının tarixi haqqında danışıb. Qonaq qeyd edib ki, bolşevik işğalından sonra xarici ölkələrə mühacirət edən ictimai xadimlərdən biri də parlamentdə katib-stenoqraf kimi çalışan Mirzə Bala Məmmədzadə olub. O, 27 aprel günü bolşeviklərin endirdiyi üçrəngli bayrağı ayaqlar altında qalmaması üçün onlardan alıb və mühacir həyatı boyunca yaşadığı ölkələrdə qoruyub saxlayıb.

Qonaq bu bayraq haqqında təsadüfən məlumat əldə etdiyini bildirib: “Mirzə Bala Məmmədzadə rəhmətə gedəndən sonra bayrağı Eldəniz Kurtulana əmanət edib. Eldəniz Kurtulan da elmi işim Azərbaycan siyasi düşüncə tarixi və Mirzə Bala Məmmədzadə ilə bağlı olduğu üçün mənə verilməsini vəsiyyət edib”.

Əfqan Vəliyev bu barədə Prezident İlham Əliyevə məruzə edildiyini və onun tapşırığı ilə həmin bayrağın ölkəyə gətirildiyini bildirib. Qonaq qeyd edib ki, Prezident İlham Əliyevin bu tapşırığı və onun 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması haqqında sərəncamı, Cümhuriyyətin 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsi dövlət başçısının bayrağımıza, dövlətçilik tariximizə, AXC-nin qurucularına olan hörmət və ehtiramından irəli gəlir. Əfqan Vəliyev deyib: “Bütün mühacirlərin arzusu bu bayrağın bir an öncə Azərbaycana gətirilməsi və ölkə rəhbərliyinə təqdim edilməsi olub. Bu gün cümhuriyyətin bütün qurucularının və fəallarının, Mirzə Bala Məmmədzadənin ruhu şaddır. Çünki, bayrağımız əmin əllərdədir”.

Daha sonra elmi işlər üzrə prorektor Yusif Qasımov, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Əli Həsənov, İctimai elmlər kafedrasının müdiri Qabil Əliyev çıxış edərək maraqlı tarixi faktlar üçün qonağa təşəkkür edib, tədbir iştirakçılarını Dövlət Bayrağı Günü münasibəti ilə təbik ediblər.

Tədbirin bədii hissəsində isə tələbələr bayrağı tərənnüm edən şeir və musiqi nömrələri ilə çıxış ediblər.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Sabah havanın temperaturu yüksək olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi