Ru
Bakı
USD
EUR
GBP
RUB

Mərkəzi Elmi Kitabxananın Nadir fondunun elektron reyestrinə yeni kitablar daxil edilir

news photo

08.11.2018 15:25 // Təhsil

Azərbaycan Respublikasının kitabxanaları arasında ən qədim 20 kitab Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının Nadir kitab fondunda mühafizə olunur. Bunlardan nəşr tarixinə görə 1508-ci ildə Leonardo Bruni tərəfindən qədim latın dilində çap olunmuş “Oeconomicorum Aristotelis libellı co mentariıs Leonardi Aretini” kitabı seçilir.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, kitab cəmiyyətdə insanlar arasında müxtəlif münasibətlərdən, etik normalardan və mənəviyyatdan bəhs edir.“Kitab abidələri” siyahısına ən böyük ölçülərə malik Edvard Stebbing-in “The holy carpet of the mosque at Ardebil” (1893) kitabı, üz qabığı firuzə qaşlarla bəzədilmiş “Aegypten in bild und vort” (1879), Karl Stieler, Voldemar Kaden və Eduard Paulusun vərəqlərinin kənarları qızıl suyu ilə işlənilmiş “İtalien: eine Vanderung von den Alpen bis zum Aetna” (1880), Platon Zubovun “Karabaxskiy astroloq, ili osnovaniye kreposti Şuşi v 1752 qodu” (1834), “Kavkaz i yeqo qorskiye jiteli” (1846), “Monetı Vostoçnoqo Xalifata” (1873), “İstoriya aqvan” (1861) və digər qədim nəşrlərin adları salınıb.Qeyd edək ki, MEK-in Nadir fondunun elektron reyestrinə “Kitab abidələri” meyarlarına cavab verən yeni kitablar daxil edilir.

 

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi