Ru
Bakı
USD
EUR
GBP
RUB

Tələbələrə müəllimlərin holoqramları dərs keçəcək

news photo

08.11.2018 16:30 // Cəmiyyət

London İmperiya Kollecində tələbələrə müəllimlərin holoqramları dərs keçəcək. Mühazirə həm əvvəlcədən yazılmış formada, həm də real vaxt rejimində aparıla bilər.

Youthportal.az robo-hunter.com saytına istinadla xəbər verir ki, bu, “Arht Media” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış xüsusi sistem sayəsində mümkün olub. Los-Anceles və Toronto şəhərlərində yerləşən iki studiya yeni sistemlə təchiz edilib. Müəllim bu studiyaya gəlir, xüsusi kameralar burada baş verənləri lentə alır. Auditoriya ilə əlaqə saxlaması üçün onun qarşısındakı yüksək təsvir ölçülü ekranda tələbələrin əyləşdikləri otağın görüntüsü yayımlanır. Mühazirə zalında isə müəllimin təsviri xüsusi fonda şüşə ekrana proyeksiya edilir.

Holoqram eyni vaxtda bir neçə problemi həll edir: kadr çatışmazlığı, şəxsən mühazirə aparmağın qeyri-mümkünlüyü və sadə videoyayım zamanı auditoriya ilə zəif kommunikasiya. London İmperiya Kolleci yeni sistem vasitəsilə yayımlanan bir çıxışa təxminən 1300 dollar xərcləyəcək.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi