Ru
Bakı
USD
EUR
GBP
RUB

Formula 1-in rəhbərliyi Silverstoun mərhələsindən imtina edə bilər

news photo

08.11.2018 16:06 // Formula 1

Formula 1-in kommersiya direktoru Şon Bratçes vurğulayıb ki, seriyanın rəhbərliyi Silverstoun mərhələsinin keçirilməsindən imtina edə bilər.

Youthportal.az xəbər verir ki, Bratçesin sözlərinə görə, Qran-Pri yarışlarının keçirildiyi yerlərin siyahısı dəyişkəndir.

Ş.Bratçes deyib: “Formula 1-in artıq 68 yaşı olsa da, seriya dinamikdir. Bəli, seriya tarixində birinci qran-pri məhz Silverstounda keçirilib, amma bu 68 il ərzində biz daim orada olmuşuq. Yürüşlər Brends-Hetçdə və başqa traslarda keçirilib. Yürüşlərin keçirildiyi yerlərin siyahısı dəyişkəndir, hərçənd biz bəzi mərhələləri qiymətləndiririk və qoruyub saxlamağa çalışırıq.

Amma bizneslə məşğul olduğumuzu unutmamalıyıq. Biz publik şirkətik, səhmdarlarımız var. Biz azarkeşləri sevindirməklə bərabər, biznesimizi də unutmamalıyıq”.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi