Ru
Bakı
USD
EUR
GBP
RUB

MOİK təmsilçiləri 18 medal qazanaraq açıq Avropa çempionatının qalibi olublar

news photo

08.11.2018 14:56 // İdman

Dünya miqyaslı bir çox turnirlərdə Azərbaycan Ordusunu layiqincə təmsil edərək Vətənə çoxlu medallarla qayıdan Mərkəzi Ordu İdman Klubunun (MOİK) yetirmələri növbəti dəfə uğur qazanıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Youthportal.az-a bildiriblər ki, MOİK-in idmançıları Kiyevdə keçirilən kyokuşin karate üzrə açıq Avropa çempionatının qalibi olublar.

İdmançılarımız 5-i qızıl, 7-si gümüş və 6-sı bürünc olmaqla ümumilikdə 18 medal qazanıblar.

Bu yarışlarda dünya çempionu, Dünya Kyokuşin Karate təşkilatının direktoru Əziz Əşrəfov 10 beysbol bitasını ayağı ilə sındıraraq dünya rekordunu yeniləyib.

On səkkiz ölkədən 160 idmançının iştirak etdiyi çempionatda məşqçilər Akif İsgəndərov, İnşallah Camalov, Abbas Abbasovun və Hamlet Əlilinin rəhbərliyi ilə tatami üzərinə çıxan pəhləvanlarımız medal sayına görə iştirakçı komandalar arasında birinci yeri tutublar.

news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Sabah havanın temperaturu yüksək olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi