Ru
Bakı
USD
EUR
GBP
RUB

Sinoptiklərdən xəbərdarlıq: Ölkə ərazisində intensiv yağış, qar yağacaq

news photo

08.11.2018 14:37 // Cəmiyyət

Sinoptiklər ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Youtportal.az-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında arabir yağışlı hava şəraiti noyabrın 9-u gündüzədək davam edəcək. Gecə və səhər yağışın bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var.

Ölkə ərazisində noyabrın 11-i günün ikinci yarısından 13-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yağışın bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı proqnozlaşdırılır. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında qısamüddətli daşqın olacağı bildirilir.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi