Ru
Bakı
USD
EUR
GBP
RUB

BSU-da Mehdi Hüseynzadəyə həsr olunmuş tədbir keçirilib (FOTO)

news photo

08.11.2018 12:24 // Təhsil

Bakı Slavyan Universitetində Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Youthportal.az xəbər verir ki, tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra Üzeyir Hacıbəylinin uverturasının sədaları altında Azərbaycan bayrağı salona gətirilib.

Bakı Slavyan Universtetinin rektoru, professor Nurlana Əliyeva çıxış edərək Sovet İttifaqı Qəhrəmanı, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi Mehdi Hüseynzadənin insanlığın faşizm əsarətindən xilas olmasında göstərdiyi misilsiz şücaətdən danışıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il iyun ayında Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyinin qeyd olunması barədə Sərəncamının milli dəyərlərimizə verilən ən yüksək qiymət olduğunu vurğulayıb. N.Əliyeva Mehdi Hüseynzadənin şərəfli həyat yolunun bu gün Vətənimizin sərhədlərini qoruyan gənclər üçün əsl örnək olduğunu deyib. Rektor tələbələri məhz belə qəhrəmanlardan nümunə götürməyə, onların vətən, torpaq sevgisini əməllərində və qəlblərində yaşatmağa çağırıb. O, işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağını, müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyünün təmin olunacağını əminliklə vurğulayıb. Rektor çıxışının sonunda Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının Qadınlar Şurasının sədri Tamilla Şahbazova ilə birlikdə Sloveniyanın Çepovan kəndində Mehdi Hüseynzadənin məzarını ziyarət etmələrini xatırladıb. N.Əliyeva tələbələrə müraciət edərək haqq, ədalət, bəşəri dəyərlər uğrunda döyüşmüş insanların xatirəsini heç vaxt unutmamağa çağırıb.

Sonra söz alan T.Şahbazova da Çepovan kəndindəki qardaşlıq qəbristanlığında uyuyan M.Hüseynzadənin məzarını ziyarətin bəzi məqamlarını yada salıb. Rayon Qadınlar Şurasının sədri Slovaniyadan gətirdiyi və üstündə Mehdi Hüseynzadənin büstünun şəkli olan suveniri universitetin muzeyinə hədiyyə edib.

Sonra BSU tələbələri “Azərbaycan oğlu” şeirini söyləyiblər.

Fəlsəfə İnstitutunun əməkdaşı İlham Abbasov “M.Hüseynzadənin partizanlıq fəaliyyəti” barədə müfəssəl məruzə ilə çıxış edib. O, çıxışında Mehdi Hüsenyzadənin “uzaq sahillərdəki” fəaliyyəti ilə bağlı bir çox qiymətli tarixi faktlara toxunub, onu tanıyan insanların xatirələrindən bəzi nümunələr səsləndirib. İ.Abbasov həm də M.Hüseynzadənin partizan dəstəsində tək olmadığını, həmin batalyonda 80 azərbaycanlının döyüşdüyünü bildirib.

Tədbirin davamında tələbələr Mehdi Hüseynzadənin qələminə məxsus “Adriana sahillərində”, “Görən olsaydı” şeirlərini səsləndiriblər. Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin IV kurs tələbəsi Pünhan Piriyev M.Hüseynzadənin sözlərinə yazılmış mahnını ifa edib.

Azərbaycan Respublikasının Dövlət Səfərbərlik Xidmətinin rəisinin müavini, general mayor Zaur Abdullayev çıxış edərək torpaqlarımızın azadlığı uğrunda hər bir şəxsin öz cəbhəsində bir əsgər olmasını arzulayıb. O, BSU tələbələrinin bilikləri dərindən mənimsəməklə öz vətənpərvərlik borclarını yerinə yetirdiklərini deyib.

Sonra Mehdi Hüseynzadənin bacısı oğlu Hənifə Əlizadə çıxış edərək tədbir təşkilatçılarına yaxınları adından təşəkkürünü bildirib.

Tədbirin sonunda Bakı Slavyan Universitetinin tələbələri “Cənab leytenant”, “Qurban olduğum Azərbaycanım!” mahnılarını ifa ediblər.

Tədbirin sonunda BSU-nun Gənc Rəssamlar Dərnəyinin hazırladığı Mehdi Hüseynzadəyə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi