Ru
Bakı
USD
EUR
GBP
RUB

YAP Gəncədə yürüş təşkil edib

news photo

08.11.2018 12:09 // Cəmiyyət

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı Gənclər Birliyi 9 Noyabr Dövlət Bayraq Günü ilə bağlı ”Hərəyə bir bayraq” adlı yürüş təşkil edib.

Təşkilatdan Youthportal.az-a verilən məlumata görə, 100-dən artıq fəal gəncin iştirak etdiyi yürüş YAP Gəncə şəhər təşkilatı Qərargahının qarşısından start götürüb. Gənclər milli atributumuzun təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanması məqsədi ilə əllərində üçrəngli bayraqlar şəhərin mərkəzi küçəsi ilə Gəncə Dövlət Filarmoniyasına tərəf irəliləyiblər. Cavad xan küçəsində yürüşə davam edən gənclər şəhər sakinlərinə yaxınlaşaraq bayraqlar verib, balacaların üzlərinə boyalarla Azərbaycan bayrağını və ay-ulduz şəkillərini çəkiblər. Yürüş boyu sayı artan gənclər böyük əhval-ruhiyyə ilə həmyaşıdlarını yürüşə qoşulmağa, həmrəy olmağa çağırıblar. Yürüş şəhərin Bayraq Meydanında başa çatıb. 

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Sabah havanın temperaturu yüksək olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi