Ru
Bakı
USD
EUR
GBP
RUB

Dövlət qulluğuna qəbul imtahanı vermək üçün qeydiyyatdan keçmiş namizədlərin nəticələri açıqlanıb

news photo

08.11.2018 11:33 // Təhsil

Dövlət İmtahan Mərkəzi (DİM) 2018-ci il oktyabrın 28-də keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əmri ilə ali təhsil müəssisələrinə qəbul olmuş şəxslərin nəticələri haqqında növbəti statistik məlumatları açıqlayıb.

DİM-dən Youthportal.az-a bildiriblər ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1456 namizəddən 1332-si keçmiş TQDK-nın (DİM-in) keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olub. Bu şəxslərdən 650-si imtahandan uğurla keçib (48.8 faiz).

DİM-in rəsmi saytında verilən cədvəldə bu şəxslərin TQDK-nın (DİM-in) keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları, bal intervallarına görə dövlət qulluğuna qəbul üzrə test imtahanından qeydiyyatdan keçənlərin və imtahanlarda uğur qazananların sayı, faiz göstəriciləri verilib. 301-400, 401-500, 501‑600, 601-700 intervalında bal toplayanların müvafiq olaraq 46.2 faizi, 58.3 faizi, 61.8 faizi, 62.9 faizi test imtahanından uğurla keçib. Verilənlərə əsasən, əvvəlki imtahanlarda olduğu kimi bu imtahanda da uğur qazananların faiz göstəricilərinin bal intervallarına mütənasib olaraq artımı müşahidə olunur.

Qeyd etmək lazımdır ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olmuşdur. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1456 namizəddən 124 nəfər ali təhsil müəssisələrinə TQDK-nın (DİM-in) əmri ilə qəbul olmayıb. Onlardan yalnız 17 nəfər (13.7 faiz) imtahanda uğur qazanıb. Müvəffəqiyyət əldə edənlərdən altısı xaricdə yerləşən təhsil müəssisələrini, 11-i isə ölkənin ali təhsil müəssisələrini bitirib.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi