Ru
Bakı
USD
EUR
GBP
RUB

UEFA Avropa Liqası: “Qarabağ” komandası səfərdə “Vorskla” ilə qarşılaşacaq

news photo

08.11.2018 10:08 // İdman

Noyabrın 8-də Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda Poltavada Ukraynanın “Vorskla” komandası ilə qarşılaşacaq.

Youthportal.az xəbər verir ki, Aleksey Butovski adına stadionda keçiriləcək oyun Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq. Görüş “CBC Sport” kanalında birbaşa yayımlanacaq.

Matçı İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Sandro Şörer olacaq. Bekim Zoqay və Ştefan De Almeyda isə yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.

Qrupun digər görüşündə “Arsenal” doğma meydanda Portuqaliyanın “Sportinq” klubunu qəbul edəcək.

Üç turdan sonra E qrupuna 9 xalla “Arsenal” liderlik edir. “Sportinq”in 6, “Vorskla”nın 3 xalı var. Ağdam təmsilçisi qrupda keçirdiyi hər üç görüşdə uduzub.

UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi