Ru
Bakı
USD
EUR
GBP
RUB

Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdlərinin Dövlət Bayrağı Muzeyinə ekskursiyası təşkil olunmuşdur (FOTO)

news photo

07.11.2018 17:53 // Cəmiyyət

6 noyabr 2018-ci il tarixdə “9 noyabr-Dövlət Bayrağı Günü” münasibətilə Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdlərinin Dövlət Bayrağı Muzeyinə ekskursiyası təşkil olunmuşdur. 

Youthportal.az xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Qarnizonu tam orta məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 30 şagird iştirak etmişdir. 

Dövlət Bayrağı Muzeyinin bələdçisi Ayşən Mehdiyeva bildirmişdir ki, Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılmış və Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edilmiş üçrəngli bayrağımız ikinci dəfə ulu öndər Heydər Əliyev tərəfindən 1990-cı il noyabrın 17-də Naxçıvanda qaldırılmışdır. Şagirdlərə ekspozisiyadakı qədim dövlətlərin bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan zərbxanalarında kəsilmiş sikkələr, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş dövlət rəmzləri və konstitusiyaları haqqında ətraflı məlumat verilmişdir. Sonda şagirdləri maraqlandıran suallar muzeyin bələdçisi tərəfindən cavablandırılmışdır.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi