Ru
Bakı
USD
EUR
GBP
RUB

Biləsuvar rayonunda Bayraq gününə həsr olunmuş şeir müsabiqəsi keçirildi

news photo

07.11.2018 17:08 // Cəmiyyət

Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 06 noyabr 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində  Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunmuş  “Sən ey istiqlalımın əbədiyyət sancağı,-Azərbaycan bayrağı” adlı şeir müsabiqəsi keçirildi.Tədbir Azərbycan Respublikasının Dövlər Himninin oxunması ilə açıq elan edildi.

Youthportal.az xəbər verir ki, müsabiqənin açılış mərasimində   Biləsuvar rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Mülazim Rzayev, Biləsuvar rayon Təhsil Şöbəsinin məsul işçisi Elşən Ağazadə  tədbir iştirakçılarını Bayraq Günü münasibətilə təbrik edərək, Dövlət Bayrağı Günü haqqında məlumat verdilər.  Bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009 – cu il noyabrın 17- də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalamışdır. Məhz bu sərəncama uyğun olaraq hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi təntənə ilə qeyd olunur. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan Dövlətinin suverenliyinin rəmzidir,  Bayraq bizim milli dəyərimizdir.

Sonra  ümumtəhsil məktəblərinin 23   şagirdinin  çıxışları dinlənildi.  Münsiflər heyətinin qərarına əsasən İsmətli kənd tam orta məktəbin şagirdi Ləman Hüseynlinin çıxışı birinci yerə, Şəhər 1 saylı tam orta məktəbin şagirdi Aydan Xammədlinin çıxışı ikinci yerə və İnternat tipli-lisey məktəbin  şagirdi  Sənan Şərbətovun  çıxışı  isə üçüncü yerə layiq görüldü.

Qaliblərə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim edildi.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Sabah havanın temperaturu yüksək olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi