Ru
Bakı
USD
EUR
GBP
RUB

Şəmkirdə VI Azərbaycan Çempionatı keçirildi

news photo

07.11.2018 16:02 // Gənclər üçün

06 noyabr 2018-ci il tarixdə Şəmkir şəhər Mədəniyyət Mərkəzində “Xəmsə”  Milli  İntellektual Oyununun  yeniyetmələr arasında VI Azərbaycan Çempionatının  Şəmkir rayon birincliyi keçirilmişdir.

Youthportal.az xəbər verir ki,Rayon birinciliyində Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, Şəmkir rayon Təhsil şöbəsinin əməkdaşı  Vəfa Hüseynova, idarə əməkdaşları  iştirak etmişdir. İdarənin rəis müavini Elçin Cəfərov çıxışında bildirmişdir ki, “Xəmsə”  Milli  İntellektual  Oyununun  yeniyetmələr arasında VI Azərbaycan Çempionatı “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf strategiyası”-nın müvafiq bəndlərinə əsasən həyata keçirilir. Rayon birinciliyinin keçirilməsində məqsəd yeniyetmələrin  intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik  və elmin nüfuzunu artırmaq, eləcədə  asudə vaxtlarının səmərəli  təşkili  istiqamətində yeni üsullar  tətbiq etməkdən ibarətdir.  Şəmkir rayon Təhsil şöbəsinin əməkdaşı  Vəfa Hüseynova yarışda rayonun orta məktəblərindən 16 komandadan 80 nəfər məktəblinin yarışda iştirak etdiyini vurğulamışdır. O  yarışın keçirilmə qaydaları haqqında məktəblilərə ətraflı şəkildə məlumat vermişdir. Yekunda yarışda 1-ci yer Şiştəpə kənd tam orta  məktəbin komandası, 2-ci yer Düyərli 1 saylı tam orta məktəbin komandası,                          3-cü yer Dəllər-Cəyir kənd tam orta məktəbin komandası layiq görülmüşdür. 

Qeyd edək ki, rayon birinciliyində qalib gələn  Şiştəpə kənd tam orta  məktəbin komandası  “Xəmsə”  Milli  İntellektual Oyununun  yeniyetmələr arasında VI Azərbaycan Çempionatının Gəncə-Qazax zonası üzrə Göy-göl şəhərində  keçiriləcək zona mərhələsinə Şəmkir rayonunu təmsil etmək hüququ qazanmışdır.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi