Ru
Bakı
USD
EUR
GBP
RUB

“9 noyabr-Dövlət Bayrağı Günü” ilə əlaqədar “Xəmsə” Milli İntellektual Oyunu keçirilmişdir

news photo

07.11.2018 16:26 // Cəmiyyət

6 noyabr tarixində Kolanı kənd tam orta məktəbində “9 noyabr-Dövlət Bayrağı Günü” ilə əlaqədar Şahbuz rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Şahbuz rayon Təşkilatının Gənclər Birliyinin və Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilmişdir.

Youthportal.az xəbər verir ki, intellektual oyunun keçirilməsində məqsəd yeniyetmələrin intellektual səviyyələrinin, dünyagörüşlərinin, zehni inkişaflarının stimullaşdırılması, onlar arasında bilik və elmin nüfuzunun artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsidir. Oyunda Kolanı, Aşağı Qışlaq, Yuxarı Qışlaq, Biçənək kənd tam orta məktəblərinin komandaları iştirak etmişdir. Sonda “Aşağı Qışlaq” komandası I yerə, “Kolanı” komandası II yerə, “Biçənək” komandası isə III yerə çıxmışdır. I, II və III yerlərə çıxan komandalara təşkilatçılar tərəfindən diplom və fəxri fərmanlar təqdim olunmuşdur. Oyunda 20 nəfər yeniyetmə iştirak etmişdir.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi