Ru
Bakı
USD
EUR
GBP
RUB

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illik yubileyi qeyd olunacaq

news photo

07.11.2018 09:30 // Cəmiyyət

Noyabrın 15-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illiyinə həsr olunan yubiley yığıncağı keçiriləcək.

AMEA-dan Youthportal.az-a bildirilib ki, Mərkəzi Elmi Kitabxanada keçiriləcək tədbirdə ədəbiyyatşünaslıq elminin baş məbədgahı funksiyasını yerinə yetirən institutun şərəfli tarixindən, fəaliyyət göstərdiyi müddətdə Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən, milli ədəbi nümunələrimizin tədqiqi, öyrənilməsi və təbliği istiqamətindəki rolundan bəhs olunacaq. Həmçinin bu elmi-tədqiqat müəssisəsində çalışmış görkəmli ədəbiyyatşünas alimlərin həyat yolu, onların yaradıcılığı barədə müfəssəl məlumat veriləcək.

Tədbirdə Milli Məclisin deputatları, tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimləri, xarici ölkələrdən gəlmiş qonaqlar iştirak edəcəklər.

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi