Ru
Bakı
USD
EUR
GBP
RUB

Könüllülərin Beynəlxalq Gənclər Forumu keçirilir (FOTO)

news photo

30.10.2018 11:04 // Gənclər üçün

30 oktyabr 2018-ci il tarixindən başlayaraq  Bakı şəhərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Könüllülərin Beynəlxalq Gənclər Forumu keçirilir. Forum Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv dövlətlərinin 2020-ci ilə qədər dövr üçün “Gənclərin beynəlxalq əməkdaşlıq Strategiyası”nın 2018-2020-ci illərə dair Tədbirlər Planına uyğun olaraq həyata keçirilir.

Nazirlikdən Youthportal.az-a bildirilib ki, Beynəlxalq tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanı təmsil edən 70-dən çox gənc nümayəndə iştirak edir.

Forumun keçirilməsində əsas məqsəd gənclər arasında könüllülük hərəkatının inkişaf etdirilməsi və gənclərin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.

Forum çərçivəsində "Könüllülük - gənclərdə sosial məsuliyyət və vətəndaş mövqeyinin formalaşdırılması kimi",  "Könüllülük hərəkatının inkişaf etdirilməsi vasitəsilə gələcəyin liderlərinin formalaşdırılması", “Könüllülük dəyərlərinin təbliğ olunması”, “Yerli və beynəlxalq tədbirlərdə könüllülük proqramları” və sair mövzularda sessiyaların keçirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması planlaşdırılır.  

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi