Ru
Bakı
USD
EUR
GBP
RUB

Lüis Hemilton "Formula 1" üzrə 5 qat dünya çempionu olub

news photo

29.10.2018 10:36 // Formula 1

"Formula 1" üzrə Meksika Qran Prisinə yekun vurulub.

Youthportal.az xəbər verir ki, yarışın qalibi adına "Red Bull" pilotu Maks Ferstappen layiq görülüb.

71 mərhələdən ibarət yürüşün yekununda o, 1 saat 38 dəqiqə 28,851 saniyə nəticə göstərib. Sonrakı iki yeri "Ferrari" pilotları Sebastyan Fettel və Kimi Raykkonen tutub.

"Mercedes"in digər pilotu Lüis Hemilton 4-cü yeri tutsa da, karyerasında 5-ci dəfə dünya çempionu adını vaxtından əvvəl qazanmağı bacarıb. Britaniyalı idmançı bu göstəricidə argentinalı mərhum pilot Xuan Manuel Fanxio ilə bərabərləşib. Hamıdan çox titul isə almaniyalı Mixael Şumaxerdədir. Onun 7 dünya çempionluğu var.

Mövsümün sonuna 2 mərhələ qalmış Hemilton 358 xalla 1-ci, Fettel 294 xalla 2-ci, Raykkonen 236 xalla 3-cüdür. Avtomobillərin yarışında isə "Mercedes" 585 xalla 1-ci, "Ferrari" 530 xalla 2-ci, "Red Bull" isə 362 xalla 3-cü yerdə gedir.

Növbəti Qran Pri 9 - 11 noyabrda Braziliyada, sonuncusu isə 23 - 25 noyabrda Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçiriləcək.

Lüis Hemilton əvvəllər 2008, 2014, 2015 və 2017-ci illərdə dünya çempionu olub.

Bundan əvvəl "Ferrari" pilotu Kimi Raykonnen ABŞ "Qran-prisi"nin qalibi olub.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi