Ru
Bakı
USD
EUR
GBP
RUB

Afrika İttifaqının mənzil-qərargahında Bakının Ümumdünya Ekspo 2025 sərgisinə namizədliyi və Azərbaycanın Qoşulmama Hərəkatında qarşıdan gələn sədrliyinin prioritetləri təqdim edilibdir

news photo

26.10.2018 13:16 // Siyasət

Afrika İttifaqının mənzil-qərargahında Bakının Ümumdünya Ekspo 2025 sərgisinə namizədliyi və Azərbaycanın Qoşulmama Hərəkatında qarşıdan gələn sədrliyinin prioritetləri təqdim edilibdir.

Nazirlikdən Youthportal.az-a bildirilib ki, Əddis Əbəbədə Afrika İttifaqının mənzil-qərargahında Bakı şəhərinin “EXPO 2025” çərçivəsində namizədliyinin, ölkəmizin Qoşulmama Hərəkatında (QH) qarşıdan gələn sədrliyinin prioritetləri və Azərbaycanın beynəlxalq inkişafa yardımı çərçivəsində Afrika qitəsində fəaliyyətinə dair geniş təqdimat mərasimi təşkil edilmişdir.

Tədbiri giriş sözü ilə açan səfir Elman Abdullayev Bakı şəhərinin “EXPO 2025” çərçivəsində namizədliyinin irəli sürülməsinin inkişaf etməkdə olan dövlətlərin və xüsusilə, Afrika dövlətlərinin əsas problemlərinin həllində həmrəyliyin nümayiş etdirilməsi və insan kapitalının inkişafı, təhsil, sosial məsələlər kimi mövzuları əhatə edən tərəfdaşlıq əlaqələrinin yaradılması məqsədi daşıdığını qeyd etmişdir. Səfir E.Abdullayev “EXPO 2025” çərçivəsində ölkəmizin fəaliyyətinin BMT-nin Davamlı İnkişaf Məqsədləri ilə uzlaşmasına yönəldiyini bildirmişdir.

Azərbaycanın Qoşulmama Hərəkatında qarşıdan gələn sədrliyi dönəmində ölkəmizin Afrika və digər Cənub ölkələri üçün önəmli məsələlərin Hərəkatın gündəliyində əks olunmasının ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini iştirakçıların diqqətinə çatdırmışdır. Səfir E.Abdullayev əhalinin rifahının yaxşılaşdırılması sahəsindəki xidmətlərinə görə və Minilliyin İnkişafı Məqsədlərinin uğurlu tətbiqinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Cənub-Cənub Mükafatına layiq görüldüyünü qeyd edərək, Cənub ölkələrinin nəhəng potensialının səmərəli istifadəsi üçün Azərbaycanın digər QH ölkələri ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu vurğulamışdır.

Səfr E.Abdullayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qoşulmama Hərəkatına üzv ölkələrə təhsil təqaüdlərinin ayrıldığını bildirərək, bu addımın Azərbaycan dövlətinin QH-yə və üzv dövlətlərə göstərilən diqqətin təzahürü olduğunu vurğulamışdır.  Tədbirdə əsas qonaq qismində çıxış edən Afrika İttifaqı Komissiyasının Sədr müavini Tomas Kwesi Quartey Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində fəal iştirakını alqışlamış və Afrika ölkələrinin Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd etmişdir. Sədr müavini QH-nin fəaliyyətinin ümumi məqsədlərə nail olunması istiqamətində qurulması üçün geniş potensialın olduğunu qeyd etmiş və Afrika İttifaqı Komissiyasının bu istiqamətdə Azərbaycan Respublikası ilə əməkdaşlığa hazır olduğunu bəyan etmişd vəAzərbaycanın QH-də sədrliyi dövründə bütün Afrika dövlətlərinin dəstəyinə arxalana biləcəyini vurğulamışdır.

  1. Tədbirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin UNESCO üzrə Milli Komissyasının Baş katibi, Xüsusi Tapşırıqlar üzrə səfir Elnur Sultanov Bakı şəhərinin “EXPO 2025” çərçivəsində namizədliyi ilə bağlı təqdimat etmişdir. Baş katib E.Sultanov Bakı şəhərinin namizədliyinin innovativlik, etibarlılıq və rəqabətlilik prinsiplərinə əsaslanaraq, xalqların və mədəniyyətlərin inkişaf məqsədlərinə uyğun olan “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzunu əhatə edən vacib layihə olduğunu qeyd etmişdir. Bu məqsədlə, Baş katib E.Sultanov ölkəmiz tərəfindən təqdim olunan üç önəmli “istedadlıq, həyatilik, nailiyyət” kimi alt-mövzuların hərtərəfli inkişafa yönəlmiş dialoqa çağırış məqsədi daşıdığını diqqətə çatdıraraq, EXPO-nun ictimai və özəl sektorlar arasında səmərəli və güclü tərəfdaşlığın qurulmasına xidmət etməli olduğunu bildirmişdir.

Azərbaycanın inkişaf etməkdə olan ölkələr sırasından Ümumdünya Sərgisinə yeganə namizəd olduğunu və ölkəmizin qalib olması qlobal səviyyədə inkişaf etməkdə olan ölkələrin birliyinin güclənməsi və maraqlarının təşviq edilməsinə səbəb olacağı qeyd edilmişdir. Bu baxımdan, Bakı şəhərinin namizədliyinin inkişaf etməkdə olan, o cümlədən də Afrika ölkələrinin də maraqlarına tam cavab verdiyi nəzərə çatdırılmışdır.

Daha sonra Beynəlxalq Təhlükəsizlik idarəsinin rəis müavini Yalçın Rəfiyev Azərbaycan Respublikasının QH çərçivəsində qarşıdan gələn sədrliyinin prioritetlərini geniş təqdim edərək, QH-nin beynəlxalq münasibətlər sistemində mövqeyinin gücləndirilməsi üçün  ölkəmiz tərəfindən Hərəkatın konseptual əsasını təşkil edən və özündə ərazi bütövlüyü və suverenliyə hörmət kimi beynəlxalq hüququn ümdə prinsiplərini əks etdirən Bandunq Prinsiplərinin təşviq edilməsi, Hərəkat daxilində həmrəyliyin möhkəmləndirilməsi və beynəlxalq çağırışlara qarşı mübarizədə səmərəliliyn artırılması kimi istiqamətlər üzərində fəaliyyətin qurulacağını bidlirmişdir. Y.Rəfiyev     Azərbaycanın Hərəkata sədrliyi dövründə Afrika ölkələrinin problemlərinin Qoşulmama Hərəkatının gündəliyinə daxil edilməsi istiqamətində səylər göstəriləcəyi, Afrika ölkələri üçün xüsusi əhəmiyyət kəsb edən mövzuların, xüsusilə dayanıqlı inkişaf mövzusuna diqqət ayırılacağı, Afrika İttifaqı və qitənin digər nüfuzlu qurumları ilə dialoq mexanizmlərinin yaradılmasının nəzərdən keçiriləcəyini qeyd etmişdir.

Mərasimdə Azərbaycan Respublikasının beynəlxalq inkişafa yardım fəaliyyətini təqdim edən AİDA-nın rəis müavini A.Ağazadə ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri kimi, beynəlxalq inkişafa töhfə verilməsi olduğunu qeyd etmiş və inkişaf etməkdə olan ölkələr üçün təqaüd proqramlarının ayrılması, humanitar və texniki yardım layihələrin həyata keçirilməsi, yoxsulluqla mübarizə istiqamətində görülmüş işlərdən danışmışdır. Daha sonra həmin idarənin üçüncü katibi E.Kərimov AİDA-nın fəaliyyətini əks etdirən slaydları təqdim etmiş və humanitar fəaliyyət barədə ətraflı məlumat vermişdir.

Təqdimat mərasiminin sonunda Səfir E.Abdullayev Afrika İttifaqının Komissiyasının rəhbərliyinə və digər qonaqlara iştiraka görə təşəkkür edərək, diplomatik korpusun tədbiridə fəal iştirakını Afrika dövlətlərinin ölkəmizlə münasibətlərinə, QH çərçivəsində əməkdaşlığa verilən dəyərin göstəricisi olduğunu bildirmişdir. Tədbirin ikinci hissəsində efiopiyalı müğənnin ifasında Afrika musiqiləri canlı ifa edilmiş və ölkəmizə aid tanıtım videoları nümayiş etdirilmiş, iştirakçılara ziyafət verilmişdir. 

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi