Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Universitetində elektron kitabxana istifadəyə verilib

news photo

26.10.2018 10:18 // Təhsil

Azərbaycan Universitetində müasir standartlara cavab verən tam elektronlaşdırılmış kitabxana istifadəyə verilib. Elektron kitabxanaya dünyanın istənilən nöqtəsindən internet vasitəsilə çıxış mümkündür. Tələbələr bu gündən rəqəmsal kitabxana xidmətlərindən rahat şəkildə istifadə edə bilərlər.

Universitetdən Youthportal.az-a bildiriblər ki, bununla bağlı oktyabrın 25-də təhsil müəssisəsində elekton kitabxana portalının təqdimatı olub.

İRBİS-64 Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi (AKİS) proqramının regional nümayəndəsi Solmaz Osmanlı qeyd edib ki, elektron kitabxanada bütün proseslər istifadə olunan proqram təminatı vasitəsilə tam avtomatlaşdırılıb. Universitetin saytına daxil olduqdan sonra “Elektron kitabxana” linkindən zəngin, müasir təlabata uyğun kitab fondu ilə tanış olmaq, sorğulara kitabxanaçı-biblioqrafın köməyi olmadan məsafədən operativ cavab almaq mümkündür. Klassik kataloqlar elektron kataloqlarla əvəz olunub. Oxucular müxtəlif aspektli sorğular apara bilər, elektron kataloq vasitəsilə məsafədən sifariş verərək kitab hərəkətliliyini izləyə bilərlər.

Tədbirdə elektron kitabxanaya üzvlük və istifadə qaydaları da izah olunub. Bildirilib ki, müəllim və tələbələr, eləcə də universitet əməkdaşları kitabxanaya müraciət edərək istifadəçi adı və şifrə götürməklə elektron kitabxananın xidmətlərindən istifadə edə bilərlər.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah TOEFL IBT imtahanı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi