Ru
Bakı
USD
EUR
GBP
RUB

100-dən çox tələbə-könüllü “Cırtdan - nağıllar aləmində” adlı meqa-şouda uşaqlar üçün BİR oldu (FOTO)

news photo

10.01.2019 11:54 // Gənclər üçün

10 gün ərzində 100-dən çox tələbə-könüllü “Cırtdan - nağıllar aləmində” adlı meqa-şouda uşaqlar üçün BİR oldu!

Ölkəmizdə ilk dəfə keçirilən “Cırtdan - nağıllar aləmində” adlı meqa-şounun səhnə arxasından 100-dən çox tələbə-könüllü fəaliyyət göstəriblər.

Bakı Konqres Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 22 dekabrdan-6 yanvaradək edən “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şou keçirildi.

Tədbirin dekabrın 15-də keçirilən ilk günündə Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişdir.

Tədbirdə tələbə-könüllülər qonaqların qarşılanması, məlumatlandırılması, uşaqlara müşayiət olunması, səhnə arxasına kömək olunması, hədiyyələrin hazırlanması və s. işlərdə könüllü qismində fəaliyyət göstəriblər.

Xeyriyyə məqsədi daşıyan meqa-şoudan əldə olunan gəlir Talassemiya Mərkəzinə köçürüldü.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20,000-ə yaxın vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək 400-ə yaxın çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və Proqrama qoşula bilərlər.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

İki əsrin hekayələri

Hindistan kosmosa robot göndərəcək

Atəşkəs 30 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi