Ru
Bakı
USD
EUR
GBP
RUB

Lüis Hemilton bu həftə “Formula-1”in beşqat qalibi ola bilər

news photo

19.10.2018 13:00 // Formula 1

Almaniyanın “Mercedes” komandasının pilotu Lüis Hemilton oktyabrın 21-də “Formula -1”in beşqat qalibi ola bilər.

Youthportal.az xəbər verir ki, 33 yaşlı britaniyalı pilot 2018-ci il mövsümünün bu gün ABŞ-da start götürəcək 18-ci mərhələsində ən yaxın izləyicisi – “Ferrari”nin sürücüsü Sebastyan Fetteli 8 xal qabaqlayacağı təqdirdə, çempionluğu erkən bayram edəcək.

Bu il Azərbaycan Qran-prisinin də qalibi olmuş Hemilton hazırda 331 xalla 1-ci pillədədir. Fettel isə 264 xala malikdir. Mövsümün başa çatmasına 4 mərhələ qalıb. Reqlamentə əsasən, yarışda ilk 10 yeri tutan pilotlara ardıcıllıqla 25, 18, 15, 12, 10, 8, 6, 4, 2 və 1 xal verilir.

Hemilton ABŞ Qran prilərində qələbə sayında rekordçudur. O, 6 dəfə çempion olub və bunlardan 5-i 2014 - 2017-ci illərə təsadüf edib. Britaniyalı pilot 2008, 2014, 2015 və 2017-ci illərdə “Formula-1”in qalibi olub.

Qeyd edək ki, ABŞ Qran-prisində bu gün və sabah sərbəst yürüşlər olacaq. Oktyabrın 21-də isə əvvəlcə sıralama turu keçiriləcək. Bakı vaxtı ilə saat 22:10-da isə yarış start götürəcək.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Azərbaycan Gənclərinin VIII Forumu keçilmişdir

Atəşkəs 27 dəfə pozulub

Moskvada Nəsimi Festivalı keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi