Ru
Bakı
USD
EUR
GBP
RUB

1 nömrəli Bakı Tibb Kollecində gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb

news photo

15.08.2019 11:58 // Cəmiyyət

Əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014/2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin idman və müalicə masajı ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına plan yerləri ayrılır.

Dövlət İmtahan Mərkəzindən Youthportal.az-a bildirilib ki, 2019/2020-ci tədris ili üçün də 1 nömrəli Bakı Tibb Kollecinin idman və müalicə masajı ixtisasına gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb.

Həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər aşağıda qeyd olunan sənədləri avqustun 16-dək Dövlət İmtahan Mərkəzinə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) və ya onun regional bölmələrinə təqdim etməlidirlər:

- Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış;

- Yaşadığı ərazi üzrə poliklinikadan “peşəyə yararlılıq haqqında” tibbi arayış (AZS №086);

- “Abituriyentin elektron ərizəsi”.

Qeyd edək ki, cari ilin məzunları müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər. Əvvəlki illərin məzunları üçün isə müsabiqə 2019-cu il aprelin 28-də keçirilmiş imtahanın nəticələrinə əsasən aparılacaq.

Müsabiqədə ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan ( xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi