Ru
Bakı
USD
EUR
GBP
RUB

« Azərbaycanda Frankofoniya Həftələri » rəsmi olaraq başa çatdı (FOTO)

news photo

24.04.2019 09:25 // Cəmiyyət

« Azərbaycanda Frankofoniya Həftələri » rəsmi olaraq, 14 ölkənin səfir və nümayəndələrinin, həmçinin, mədəni, təhsil, siyasi və biznes sahəsinin 350 nəfərə yaxın dəvətlilərinin iştirakı ilə bazar ertəsi 15 aprel tarixində Landmark otelində sona çatdı. 

Səfirlikdən Youthportal.az-a bildireilib ki, 30 martdan 15 aprelədək təşkil olunan çoxsaylı konsert, sərgi, konfrans, film və digər tədbirlər, azərbaycanlı ictimaiyyətə frankiofoniyanın mədəni zənginliyini kəşf etməyə fürsət yaratdı. Bağlanış mərasimi ərzində, Fransa səfiri « Frankofon imla » yarışmasının qalibi Səriyyə Salmanzadəyə, eləcə də, şahmat turnirinin qalibi Altay Eynullayevə mükafatlarını təqdim etdi. Qaliblərin hər ikisi Fransaya səyahət qazandılar.

Mərasim DJ Kamranın afrika musiqisi ritmləri ilə davam etdi. Bundan başqa, bütün dəvətlilər Frankofoniya həftələrində iştirak edən ölkələrin kulinariya təamları ilə tanış oldular.

Frankofoniya həftələrinin həyata keçirilməsi Azərbaycan Respublikası Təhsil  Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Park Cinema, Bakı Fransız Liseyi, UFAZ Fransız-Azərbaycan Universiteti, Filarmoniya, AZTV, YARAT Müasir İncəsənət Mərkəzi, Art Council qalereyası, Chabiant Wines şərabları, Aquavita və Thales şirkətinin dəstəkləri sayəsində mümkün oldu.

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi