Bilik Fondu ilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi arasında Memorandum imzalanıb (FOTO)

11 января 2017 [17:20] - YouthPortal.Az

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

Əməkdaşlığın məqsədi mühazirələr və təlimlər, prioritet istiqamətlərdə müxtəlif maarifləndirici tədbirlər keçirməklə ölkə vətəndaşları üçün fayda verəcək bilik və bacarıqların artırılması, Azərbaycan mədəniyyətinin tədqiqi və təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində elmi-metodiki araşdırmalara dəstək verməkdir.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına, bu sahədə böyük əmək sərf edən insanlara diqqət və qayğısından bəhs edib. İcraçı direktor Fondun fəaliyyəti haqqında mərasim iştirakçılarına geniş məlumat verərək bildirib ki, 2017-ci ildə Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı üzrə layihələrin həyata keçirilməsində uğurlu əməkdaşlığın inkişafı daha səmərəli nəticələr əldə etməyə imkan verəcək.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin müdiri Asif Usubəliyev öz növbəsində səmimi dəvətə görə təşəkkürünü bildirərək rəhbərlik etdiyi qurumun strukturu və həyata keçirdiyi layihələr haqqında danışıb. Mərkəzin fəaliyyətində Bilik Fondunun maarifləndirici məqsədləri ilə üst-üstə düşən məqamları vurğulayan A.Usubəliyev insan kapitalının hərtərəfli inkişafı üçün ölkə rəhbərliyinin qarşıya qoyduğu hədəflərin bu sahədə iş birliyinə geniş meydan açdığını da diqqətə çatdırıb.  

Sonra tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, Azərbaycan mədəniyyətinin tədqiqi və təbliği istiqamətində respublikada və xarici ölkələrdə mühazirələrin, tədbirlərin təşkili və keçirilməsi, müxtəlif aktual mövzularda müştərək elmi-nəzəri və elmi-praktik konfranslar, simpoziumlar, elmi seminarlar, dəyirmi masalar və müzakirələr keçirməklə mütəxəssislər arasında bilik və bacarıqlar mübadiləsinin təmin olunması, gənc mütəxəssislər arasında qabaqcıl təcrübənin öyrənilməsinə şərait yaradılması, gənc mədəniyyət işçilərinin hərtərəfli inkişafına və dünyagörüşünün zənginləşməsinə stimul yaradan layihələrin icrası nəzərdə tutulur.









 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
 

Bizə qoşulun