Milli idman oyunlarımızın təbliği adlı layihənin icrası başa çatmışdır

11 2017 [18:00] - YouthPortal.Az

Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun maliyyə dəstəyi ilə Oğuz rayonunda Milli idman oyunlarımızın təbliği adlı layihənin icrası başa çatmışdır. Layihə Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsinin fərdi şəxslər üçün olan kateqoriya üzrə qalib olmuş Musayev Fərid Xəqani oğlu tərəfindən Oğuz rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə həyata keçirilərək 3 ay müddətində davam etmişdir.

Layihənin əsas məqsədi rayonun kənd məktəblərindən olan yuxarı sinif şagirdləri arasında, tariximizi, milli mənəvi dəyərlərimizi təbliğ edən, xalqımızın idman keçmişindən xəbər verən milli idman oyunlarımızın təbliğ edilməsi, seçilmiş milli idman oyunlarının oğlanlar arasında Çalağançardağı, qızlar arasında Xıy-xıy milli idman oyunlarının rayon məktəbliləri arasında idman yarışının keçirilməsi olmuşdur.

Layihə çərçivəsində nəzərdə tutulan maarifləndirmə tədbirləri rayonun nisbətən böyük məktəblərində keçirildikdən sonra Oğuz rayon Olimpiya İdman Kompleksində baş tutmuşdur. Yarışı giriş sözü ilə layihənin rəhbəri Fərid Musayev açaraq, layihə və yarışın keçirilməsi haqqında ətraflı məlumat vermişdir. Daha sonra Oğuz rayon Gənclər İdman İdarəsinin rəisi Ramiz Mahmudov çıxış edərək Oğuz rayonunda ilk dəfə olaraq qədim xalq oyunlarımızı təbliğ edən yarışın keçirildiyini bildirmiş və yarış iştirakçılarına uğurlar arzulamışdır.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
 

Bizə qoşulun