“Kənd təsərrüfatında kiçik biznesin inkişafı” layihəsi həyata keçirilib

11 января 2017 [14:30] - YouthPortal.Az

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin “Kənd təsərrüfatında kiçik biznesin inkişafı” adlı layihəsi həyata keçirilmiş. Bu layihənin məqsədi kənd təsərrüfatı sahəsində yerli istehsalçılarda rəqabət qabiliyyətinin artırılmasına təşəbbüs göstərməklə yerli bazarda yerli məhsullara olan tələbatı və həmçinin gənclərin kənd təsərrüfatı sahəsinə marağı artırmaqdır.  Layihə özündə İsmayıllı, Beyləqan, Xızı rayonlarını əhatə edir. Həmin regionlar üzrə aparılmış işlərin son nəticəsi olaraq “Kənd təsərrüfatında kiçik bizneslərin inkişafı” sərgi yarmarkası təşkil olunmuşdur. Nəzərinizə çatdıraq ki, sərgi yarmarka “Kəndimiz” kənd təsərrüfatı məhsularının satış bazarında keçirilmişdir.

“Kənd təsərrüfatında kiçik biznesin inkişafı” adlı sərgi yarmarkada Beyləqan, Xızı, İsmayıllı rayonlarının kiçik biznes ilə məşğul olan fermerləri öz  məhsullarının sərgi və satışını həyata keçirdilər. Qeyd edək ki, bu sərgi yarmarkada ağartı və süd məhsulları, balçılıq, bağçılıq və bostançılıq, quşçuluq və maldarlıq sahələri üzrə məhsullar  təqdim olunmuşdur.

“Gənclər Azad Sahibkarlıq Fəaliyyəti” İctimai Birliyi tərəfindən təşkil olunmuş “Kənd təsərrüfatında kiçik biznesin inkişafı” adlı sərgi yarmarkada Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondu, İqtisadiyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, SinerjiPro və CDB Bank şirkətlərinin nümayəndələri iştrak etmişdir.

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi həyata keçirilən “Kənd təsərrüfatında kiçik biznesin inkişafı” layihəsi üzrə  Xızı, İsmayıllı, Beyləqan rayonlarında  fermerlərlə görüşlər keçirilmişdir. Həmin görüşlərdə fermerlərin təsərrüfatları ilə yaxından tanış olunmuşdur. Görüşlər zamanı fermerlərlə sorğular və cari vəziyyətlə bağlı fikir mülahizələri aparılmışdır. Eyni zamanda layihə çərçivəsində yerli istehsal məhsullarının satışı zamanı qarşılaşdığı problemlərə toxunulmuşdur. Kənd təsərrüfatında kiçik bizneslə məşğul olan fermerlərə marketinq fəaliyyəti, məhsulların rəqabət qabiliyyətinin artırılmasına dair məlumatlar verilmişdir. Görüşlərdə yerli istehsal məhsullarının rəqabət qabiliyyətinin artırılması üçün qablaşdırılmanın əsas ünsür olduğu vurğulanırdı. Fermerlərə yeyinti məhsulları haqqında Azərbaycan respublikasının qanunu, qablaşdırma standartları barəsində məlumatlar verilmişdir.

Aparılmış sorğular nəticəsində məlum olmuşdur ki, 3 region üzrə fermerlərin əksər hissəsi birgə təsərrüfatların yaradılmasının tərəfdarıdırlar. Cüzi bir hissə isə bu təsərrüfatların necə aparıla biləcəyinə dair tam bir fikrə sahib olmadıqlarını bildirmişdirlər. Fermerlərin  qarşılaşdığı digər bir problem isə onların istehsal etdikləri məhsulların satışı ilə bağlıdır.

Sorğuların digər nəticəsi isə fermerlərin təklifləri ilə bağlı olmuşdur. Təkliflərdən belə qərara gəlinmişdir ki, 3 region üzrə fermerlər öz məhsullarını  təhfil vermələri üçün tədarük ambarlarının yaradılmasını istəyirlər. Buna səbəb məhsullarının həmin ambarlar tərəfindən tam alınması  və bazarlara paylanılmasıdır. Bununla fermerlər hal-hazırda arada vasitəçi rolunu oynayan alverçilərin məhsulların qiymətlərini suni şişirtmələrinin qarşısını almaq və daha çox məhsul satışını realizə etmək istədiklərini bildirirlər. Heyvandarlıq məhsullarının tədarükü üçün rayon ərazilərində emal müəssisələrinin yaradılması fikrinidə irəli sürdülər.

Fermerlər bununla yanaşı  kadr çatışmamazlığı, torpaqların düzgün istifadə edilməməsi ilə bağlı öz fikirlərini bildirdilər. Dənli və bostan bitkilərinin əkininin regionlar üzrə planlı şəkildə aparılmasının daha məqsədə uyğun və eyni zamanda həm ölkə iqtisadiyyatı, həmçinin fermerlər üçün daha səmərəli olacağını bildirdilər. Kənd təsərrüfatının bütün istiqamətlər üzrə inkişafı üçün hər sahə üzrə fermerlərlə elmi mütəxəssislərin görüşlərinin təşkil edilməsinidə istədiklərini əlavə etdilər.“Kənd təsərrüfatında kiçik biznesin inkişafı”  layihəsi ümumilikdə özündə 150 nəfər fermer və gəncləri əhatə etmişdir.



 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
27 28 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2
 

Bizə qoşulun