Bakıda növbəti Global Village mədəniyyət festivalı

11 2017 [13:00] - YouthPortal.Az

Yanvarın 13-də AIESEC Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən Global Village mədəniyyət festivalı keçiriləcək.

Festival Soyuq əllər, isti ürək xeyriyyə yarmarkasının Chill-out zonasında təşkil ediləcək.

Global Village tədbirində 15 ölkənin təmsilçiləri və AIESEC Azərbaycan təşkilatı tərəfindən ölkəmizə dəvət olunan 10 xarici könüllü dostluq ab-havasını yaratmaq, dünyanın necə rəngarəng və unikal olduğunu göstərmək üçün bir yerə toplaşacaq və öz mədəniyyətlərini, adət-ənənələrini təqdim edəcəklər. Onlar Bakıda AİESEC Azərbaycan tərəfindən təşkil olunmuş World for Kids, Dream Catcher, Game of Schools, EduChange, Children of the Future, Talk out Loud kimi sosial layihələrin könüllüləridir.

Tədbirin qonaqları müxtəlif ölkələrin musiqisi, rəqsləri, incəsənəti, mətbəxi və adət-ənənələrindən zövq ala bilər. Çünki yalnız mədəni anlaşma və tolerant münasibət vasitəsilə dünyada birlik və harmoniya əldə etmək olar.

Qeyd edək ki, Global Village AIESEC Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən 2011-ci ildən bəri hər il keçirilən rəngarəng mədəniyyət festivalıdır.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6
 

Bizə qoşulun