YARAT Film Klubunda Kənarda qısametrajlı filmi nümayiş olunacaq

11 2017 [11:00] - YouthPortal.Az

Yanvarın 17-də YARAT Müasir İncəsənət Mərkəzində gənc kinorejissor Cavid Zaidovun ekranlaşdırdığı Kənarda qısametrajlı filmi nümayiş olunacaq.

Mərkəzdən bildirilib ki, ingilis dilində təqdim olunacaq filmin nümayişində hər kəs iştirak edə bilər. Ekran əsəri 1912-ci ildə Cənub qütbünə səfər edən Britaniya ekspedisiyasının son günlərindən bəhs edir. Dörd nəfərlik ekspedisiyanın rəhbəri Robert Skottdur. Onlar Antarktidanın sonsuz səhrasında çətinliklərlə mübarizə aparırlar. Tədqiqatçılardan biri - ciddi zədə almış və donmuş Titus Uots mənəvi seçim qarşısındadır.

YARAT Film Klubunun təşkil etdiyi ekran əsərinin xronometrajı 15 dəqiqədir.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
 

Bizə qoşulun