Red Bull Mind Gamers yarışması Azərbaycanda başlandı

10 2017 [16:00] - YouthPortal.Az

Red Bull Mind Gamers beynəlxalq intellektual yarışmasının seçim mərhələsi artıq Azərbaycan üçün açılıb. Redbullmindgamers.com vebsaytında ən yaxşı nəticə göstərən 30 oyunçu, öz komandalarını yığıb (4 nəfərdən ibarət olan) 3, 4 və 5 fevral tarixləridnə yerli seçim turunda iştirak etmək şansını qazanacaqlar.

Ən yaxşı nəticə əldə edən milli komanda bu ilin martında Budapeştdə keçiriləcək yarışmanın dünya finalında vuruşacaq və son Escape Room-dan çıxışı tapmağa çalışacaq. Həmçinin, nəticələrin ümumdünya onlayn siyahısında dörd ən yüksək nəticə göstərən oyunçular "Mission: Unlock Enoch" dünya finalına Wildcard qazanaraq bütün milli komandalarla mübarizə aparacaqlar.

Escape Room - otaqda bağlanmış oyunçular müxtəlif elementlərdən istifadə edib, bir sıra tapmacaların həllini tapıb azadlığa çıxmaq üçün mübarizə aparmalı olduqları bir macəra oyunudur. Onlayn yarışmanı və real həyatda keçirilən tədbirləri özündə cəmləşdirən turnir, iştirakçıların intellektini, məntiqini və yaradıcılığını onlayn oyunlar ilə sınayır.

Bu oyunun yaradıcısı olan Playful Solutions şirkətinin banisi, Konstantin Mitquçun özü də kvestlərin böyük həvəskarıdır:
"Kvestlərin həlli - şən prosesdir, amma müxtəlif mədəniyyətlərdə oyunçular özünü cürbəcür aparırlar. Məsələn, Asiyada Escape Room-ların çoxları demək olar ki, həlledilməzdir, Avropada oyunçular 3-5 ip ucu almağı xoşlayırlar, amma ABŞ-da oyunçular əyləncə aspektinə fokuslanmağı daha çox sevirlər. Buna baxmayaraq, bizim marağımız məsələlərin kollektiv şəklində həllidir və bu bütün mədəniyyətlər üçün aydındır."

Məntiqini sınamaq və özünü sonuncu Escape Room-dan çıxarmağa cəhd etmək üçün, onlayn seçim mərhələsini - http://win.gs/mgaze keçmək gərəkdir.
Tələs, bu günə ən yaxşı nəticə 2 dəqiqə 15 saniyədir!

Baş media tərəfdaş: Report.az  
Tərəfdaşlar: GoPro, Huawei Mobile,  Azərbaycan Respublikası Təhsil Nazirliyi, Technote.az




 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
 

Bizə qoşulun