Atletika üzrə Bakı çempionatına yekun vurulub

10 2017 [14:30] - YouthPortal.Az

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Olimpiya Mərkəzində atletika üzrə paytaxt çempionatı keçirilib.

Çempionatda 8 klubdan 108 atlet birincilik uğrunda mübarizə aparıb.

Qadınlar arasında 60 metr məsafəyə qaçış yarışlarında Nazan Əzməmmədli qalib gəlib. Zəkiyyə Həsənova (200 metr), Lidiya Salehova (400 metr) və Rəqsanə Rəcəbli (800 metr) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Hündürlüyə tullanmada Aleksandra Biryukova, uzunluğa və üç təkanla tullanmada Yekaterina Sarıyeva, nüvə itələmədə isə Günel Hüseynova qızıl medal qazanıblar.

Kişilər arasında 60 metr məsafəyə qaçışda Pavel Setin, 200 metr məsafədə Ramiz Məlikov, 800 metr məsafədə Dmitriy Varlamov birinci olublar. Yarışda Elman Abışov (1500 metr) və Nail Rzayev (3000 metr) də fərqləniblər. Hündürlüyə tullanmada Azər Əhmədov, uzunluğa tullanmada Yadulla İbrahimov, üç təkanla tullanmada Səid Nəcəfzadə, nüvə itələmədə isə Tofiq Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
 

Bizə qoşulun