Gənc Tamaşaçılar Teatrının fiziki qüsurlu uşaqlar üçün təqdim etdiyi tamaşa maraqla qarşılanıb

9 января 2017 [17:04] - YouthPortal.Az

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi məktəblilərin Yeni il tətili günlərində fiziki qüsurlu və valideyn himayəsindən məhrum olan uşaqlar üçün maraqlı tamaşa ilə çıxış edib.

Teatrın mətbuat xidmətindən bildirilib ki, gənc rejissor Elşad Rəhimzadənin quruluşunda Teodor Syuz Qeyzelin “Yeni ili oğurlayan Qrinç” kitabının motivləri əsasında səhnələşdirilən “Qrinç” (Yaşıl adam) adlı tamaşa balacalar tərəfindən maraqla qarşılanıb. Sənət ocağı bu dəfə də ənənəsinə sadiq qalaraq tamaşanı xeyriyyə məqsədilə təşkil edib. Tamaşada rolları aktyorlar Günel Məmmədova, Zümrüd Quliyeva, Ramil Məmmədov, Ceyhun Məmmədov, Eşqin Quliyev, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Asya Atakişiyeva, Səbinə Məmmədova və başqaları ifa ediblər. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rəqslərin quruluşçusu Yelena Volkova, rejissor assistenti isə Sevda Hacışəmiyevadır.



 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
27 28 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2
 

Bizə qoşulun