Gənclər arasında Bilik Festivalı layihəsinə start verildi

7 2017 [11:00] - YouthPortal.Az

Resurs Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər arasında Bilik Festivalı layihəsinin icrasına başlanılmışdır.

Layihənin məqsədi gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni və komanda şəklində işləmək bacarıqlarının inkişafını stimullaşdırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkilinə dəstək olmaqdan ibarətdir. Layihə çərçivəsində gənclər arasında bilik yarışlarının keçirilməsi planlaşdırılır ki, bu da intellektual oyunların kütləviliyinin təmin edilməsi və gənclərin aktivliyinin artırılması, Azərbaycanın zəngin milli mədəniyyətinin, coğrafiyasının, dilinin və tarixinin gənclər arasında təbliği, gənclərin intellektual potensialının inkişaf etdirilməsi və şəxsi qabilliyyətlərinin aşkar olunması istiqamətində əlverişli şəraitin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Layihə çərçivəsində görüləcək işlər təsdiq edilmiş fəaliyyət planına uyğun olaraq həyata keçiriləcək, aidiyyəti qurumlarla əlaqələr qurulacaq, keçirilən yarışlarda yeniyetmə və gənclərin, gənclər təşkilatlarının nümayəndələrinin, dövlət orqanlarının məsul əməkdaşlarının, müəllim və valideynlərin, KİV-lərin iştirakı təmin ediləcəkdir.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2
 

Bizə qoşulun