Natiqlik təlimləri layihəsinin icrasına yekun vurulub

7 2017 [12:00] - YouthPortal.Az

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin dəstəyi ilə həyata keçirilən Natiqlik təlimləri layihəsinə yekun vurulub.

Layihədə 30-dan artıq müxtəlif universitetləri təmsil edən gənc iştirak etmişdir. Həmin gənclər 2 gün ərzində öncədən müəyyən edilmiş mövzular üzrə fərdi qaydada çıxışlar etmiş, sualları cavablandırmış, bu üsulla layihənin ilk iki günündə öyrənilən nəzəri bilikləri tətbiq etmişlər. Xatırlatmaqda fayda var ki, layihənin təlim sessiyasında Danışdıqlarım və Mən mövzusunda silsilə təlimlər keçirilmişdir.

Yekunda natiqlərin nitqi münsiflər heyəti tərəfindən qiymətləndirilmiş və yekdil qərarla qaliblər müəyyən edilmişdir.

Layihə rəhbəri Cavid Abdullayev keçirilən layihənin önəmini vurğulamış, iştirakçıların öyrəndikləri bilikləri zamanla istifadə edərək daha peşəkar nitqlə cəmiyyətdə və təmsil olunduqları mühitdə uğur qazanacaqlarını bildirmişdir. Sonda qaliblərə diplom və sertifikatlar təqdim edilmiş, xatirə şəkli çəkilmişdir.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3
 

Bizə qoşulun