Azərbaycanlı musiqiçilər Rusiya Böyük Teatrında çıxış edəcəklər

7 2017 [14:00] - YouthPortal.Az

Fevral ayında Rusiya Böyük Teatrında Cüzeppe Verdinin Traviata əsəri nümayiş etdiriləcək.

Fevralın 2-də səhnə əsərində Violetta Valeri obrazını Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva, Jorj Jermon obrazını Əməkdar Artist Elçin Əzizov ifa edəcək. Elçin Əzizov bu rolda, həmçinin fevralın 4-də tamaşanın gündüz seansında, eləcə də fevralın 5-də çıxış edəcək. Dinara Əliyeva isə Violetta Valeri obrazını fevralın 4-də də canlandıracaq.

Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində GalaVerdi adlı solo konsertləri böyük uğurla keçib. 2015-ci ildə Moskvada Dinara Əliyevanın Opera Art Birinci Beynəlxalq Musiqi Festivalı keçirilib.

E.Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin İolanta və Qaratoxmaq qadın, Sergey Prokofyevin Üç portağal sevgisi, N.A.Rimski-Korsakovun Çar gəlini, Jorj Bizenin Karmen, Modest Musorqskinin Boris Qodunov, Cüzeppe Verdinin Traviata, Don Karlos Aleksandr Borodinin Knyaz İqor operalarında, İohan Ştrausun Yarasa operettasında yaddaqalan obrazlar yaradıb.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
 

Bizə qoşulun