Mənim ikinci peşəm layihəsi çərçivəsində modelyerlik kursu keçirilib

6 2017 [17:30] - YouthPortal.Az

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən Mənim ikinci peşəm layihəsi çərçivəsində modelyerlik kursu keçirilib. Tədbirin açılışında layihə rəhbəri Afaq Hüseynova gəncləri salamlayaraq bildirib ki, Mənim ikinci peşəm layihəsinin əsas məqsədi gənclər arasında incəsənətə və əlavə peşə sahələrinə maraq oyatmaq, istedadlı gənclərin öz bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaqdan ibarətdir.

Layihə rəhbərinin çıxışından sonra, rəssam-modelyer Sevda Sultanova tərəfindən gənclərə modelyer-dizayner dərsi keçirilmişdir.
Tədbir zamanı iştirakçı gənclərə mövzu ilə bağlı bukletlər paylanmışdır. İştirakçıları maraqlandıran suallar cavablandırılmış və sonda xatirə şəkilləri çəkilmişdir.



 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
 

Bizə qoşulun