Bakıda Formula-1 jurnalistikasına dair "Sürətin nəbzini tut!" mövzusunda ikigünlük təlim keçiriləcək

5 2017 [13:00] - YouthPortal.Az

"Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin (BŞH), Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) təşkilatçılığı ilə Formula-1 jurnalistikasına dair "Sürətin nəbzini tut!" mövzusunda ikigünlük təlim keçiriləcək.

BŞH-dən bildiriblər ki, yanvarın 24-25-də təşkil olunacaq tədbirdə beynəlxalq təcrübəyə malik jurnalist və multimedia mütəxəssisi Dan Mason təlimçi, Formula-1 yarışlarının rusiyalı peşəkar şərhçisi Aleksey Popov isə qonaq təlimçi qismində çıxış edəcək. Təlimə müraciətlərin qəbulu yanvarın 15-dək davam edəcək.

Təlimin keçirilməsində məqsəd Azərbaycanın idman jurnalistlərinə avtoidman sahəsində ixtisaslaşmış beynəlxalq həmkarlarının təcrübəsindən faydalanmağı təmin etməkdir. Bu təlim həmişə inkişaf edən idman aləmi, xüsusən də Formula-1 haqqında xəbər hazırlamaqla bağlı iştirakçılara zəngin təcrübə qazandıracaq. Həmçinin təlim zamanı keçiriləcək multimedia layihəsi çərçivəsində iştirakçılar qazandıqları bilik və bacarıqları qrup şəklində nümayiş etdirə biləcəklər.

BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri, Formula-1 Azərbaycan Qran-prisinin milli mətbuat katibi Nigar Arpadarai yerli jurnalistləri bu əvəzolunmaz fürsətdən faydalanmağa dəvət edərək deyib: "2015-ci ildən etibarən Azərbaycanda Formula-1 sahəsində maarifləndirmə işləri istiqamətində var gücümüzlə çalışırıq. İndiyədək idman sahəsi üzrə fəaliyyət göstərən yerli media nümayəndələri ilə dəfələrlə görüşlər keçirib onlarda Formula-1ə maraq və həvəs aşılamağa, eyni zamanda, geniş təsəvvür yaratmağa çalışmışıq. Bu ay təşkil olunacaq praktiki təlim də məhz yerli jurnalistlərin Formula-1 üzrə daha zəngin bilik və bacarıq qazanmalarına istiqamətlənib. Fürsətdən istifadə edərək idman sahəsində fəaliyyət göstərən və avtoidmana, xüsusən də Formula-1ə böyük marağı olan bütün jurnalistləri bu təlimə qoşularaq bu əvəzsiz fürsətdən yararlanmağa çağırıram".

ADBTİA-nın ixtisasartırma proqramları direktoru, rektorun xarici əlaqələr üzrə müşaviri Şəms Mustafayeva yeni layihədə tərəfdaş olmaqdan böyük məmnunluğunu bildirib: "Biz BŞH ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda Formula-1 jurnalistikasının gələcək inkişafı üçün elmi mühitin yaradılmasında iştirak etməkdən məmnunluq duyuruq. Akademiyada baş tutacaq praktiki təlim iştirakçılara onların idmana və kommunikasiyaya olan həvəsini məhz bu sahə üzrə yüksək səviyyədə reallaşdırmağa imkan yaradacaq".

Qeyd edək ki, təlimi uğurla başa vuran iştirakçılara BŞH, Akademiya və Dan Mason Media Şirkətinin diplomu təqdim olunacaq.

Təlimə yazılmaq istəyən namizədlər aşağıdakı keçidə daxil olaraq blankı doldurmalı və onu e-mail vasitəsilə mövzu hissəsində "Formula-1 jurnalistikası təlimi" qeyd etməklə media@bakugp.az elektron ünvanına göndərməlidirlər:

https://www.bakucitycircuit.com/az/media/xbrlr/222/drive-the-story-the-2017-grand-prix-of-azerbaijan-journalism-training

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4
 

Bizə qoşulun