Ötən il Bakı Şəhəri üzrə Təhsil İdarəsi üçün uğurlu nəticələrlə yadda qalıb

1 2017 [14:00] - YouthPortal.Az

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 2016-cı ildə tədrisin keyfiyyətinin, şagirdlərin təhsilə marağının və bilik səviyyəsinin yüksəldilməsi, istedadlı məktəblilərin aşkara çıxarılması və təhsilverənlərlə işin təşkili istiqamətində səmərəli fəaliyyət göstərib, çoxlu müsabiqələr, tədbirlər təşkil edib, bir sıra təlimlər keçirib və layihələr reallaşdırıb.

BŞTİ-dən bildiriblər ki, Bakının ümumtəhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu 2016-cı ildə də elektron sistem vasitəsilə həyata keçirilib. Paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 44 min 965 nəfər qəbul edilib. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I siniflərinə isə 2106 nəfər qəbul olunub.

İdarənin tabeliyindəki məktəblərdə altı yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olan uşaqların birinci sinfə qəbulu məqsədilə müsahibələr təşkil edilib. Cari ildə Bakıdakı dövlət ümumi təhsil məktəblərində ilk dəfə olaraq dövlət hesabına məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb. Məktəbəhazırlıq qruplarına beş yaşı tamam olmuş uşaqlar qəbul ediliblər. Həmçinin təhsil idarəsinin nəzdində Təlimə Dəstək Mərkəzi yaradılıb. İlk dəfə BŞTİ və İstək liseyinin birgə təşkilatçılığı ilə Lütfi-Zadə adına Bakı I Məntiq Olimpiadası keçirilib. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul olunmaq üçün müsabiqə təşkil edilib. BŞTİ-nin təşkilatçılığı ilə paytaxt məktəblərində Heydər Əliyev irsinin öyrənilməsi mövzusunda dərslərə start verilib. Şəhər məktəbliləri Ölkəmizi tanıyaq! devizi ilə keçirilən maarifləndirici aksiya çərçivəsində ölkənin müxtəlif bölgələrinə səfər ediblər.

Cari ildə hər həftə Bakının 12 inzibati rayonu üzrə keçirilən səyyar qəbullar vasitəsilə müəllim və valideynlərin müraciətləri dinlənilib. IDEA İctimai Birliyinin təşəbbüsü, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) təşkilati dəstəyi ilə kağız tullantıların toplanmasına həsr olunan Hər kağızı bir yarpağa dəyişək layihəsi çərçivəsində Yaşıl dağ aksiyası təşkil edilib.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5
 

Bizə qoşulun