Elektron Təhsil müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)

30 2016 [16:32] - YouthPortal.Az

Dekabrın 29-da Təhsil Nazirliyində Elektron Təhsil Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, nazirliyin müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri, müsabiqənin təşkilində iştirak edən qurumların nümayəndələri, müsabiqə qalibləri və KİV təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, 2010-cu ildən etibarən keçirilən "Elektron Təhsil" Respublika müsabiqəsinə ümumilikdə 6000-dən artıq layihə təqdim edilib.

Nazir müavini qeyd edib ki, müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini fəallaşdırmaq, təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
Müsabiqədə əsasən, ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidənhazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri, şagirdlər iştirak ediblər.

Müsabiqə 3 istiqamət və 6 nominasiya üzrə təşkil olunub. Müsabiqənin I mərhələsinə ümumilikdə 1313 layihə təqdim olunub. Qəbul olunmuş 1220 layihə II mərhələdə müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilmək məqsədilə Ekspert Komissiyasına təqdim edilib. 7 nəfərdən ibarət Ekspert Komissiyası bu mərhələyə keçən layihələrin qiymətləndirilməsində müsabiqənin saytında verilən qiymətləndirmə meyarlarını əsas götürüb. Qiymətləndirmə 0-10 bal əsasında aparılıb. Bununla da 325 layihə III mərhələyə keçib.

III mərhələdə qalib namizədlər Təşkilat Komitəsi qarşısında öz işlərini təqdim ediblər. Müsabiqənin yekununda 23 qalib və 24 fərqlənən iş müəyyən edilib.

Müsabiqə  AzEduNet, Ultra, "Təhsildə İnnovativ Texnologiyalar", Əlavə Təhsil Mərkəzi, Edumedia Azərbaycan və Nar operatoru tərəfindən dəstəklənir.

Qaliblərə diplom, noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunub.










 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6
 

Bizə qoşulun