Gömrükçülər qanunsuz yolla ölkəyə gətirilən spirtli içkilər və soyuq silahlar aşkar ediblər

30 декабря 2016 [12:00] - YouthPortal.Az

Gömrükçülər qanunsuz yolla ölkəyə gətirilən spirtli içkilər, soyuq silahlar və digər mallar aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, Rusiya Federasiyasından Azərbaycan vətəndaşı Əhmədov Mübariz Fərhad oğlunun adına daxil olan avtomaşında bəyan olunmayan spirtli içkilərin, soyuq silahlara oxşar predmetlərin və digər malların olması ilə bağlı Bakı Baş Gömrük İdarəsinin Gömrük (BBGİ) hüquqpozmalarına qarşı mübarizə şöbəsinə əməliyyat məlumatı daxil olub.

BBGİ-nin əməkdaşları məlumat əsasında Bakının Xəzər rayonu Şaqan qəsəbəsində yaşayan Əhmədov Mübariz Fərhad oğlunun adına daxil olmuş və Bakı Baş Gömrük İdarəsində gömrük bəyannaməsi ilə rəsmiləşdirilən ev əşyaları yükünə gömrük baxışı keçiriblər. Yoxlama zamanı gömrük bəyannaməsində qeyd edilməyən 4 min 42 ədəd keçmiş SSRİ-nin, 2 min 340 ədəd Rusiya Federasiyasının metal pulları, 3 ədəd istifadə olunmuş xalça, 10 ədəd müxtəlif ölçülü bıçaqlar və 68 ədəd Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan spirtli içkilər (spirtli içkilərdən 9 ədədi Ermənistan Respublikasında istehsal olunub) aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Назад к списку

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

Пн Вт Ср Чт Пт Сб Вс
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
 

Bizə qoşulun