Müsabiqə qalibləri mükafatlandırılıb

28 2016 [16:30] - YouthPortal.Az

Dekabrın 26-da Azərbaycanda məktəb və maarifçilik ənənəsi: tarixdən gələcəyə mövzusunda keçirilən yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.  

Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri, müsabiqənin münsiflər heyətində təmsil olunanlar, qaliblər və KİV nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov müsabiqənin əhəmiyyətini və iştirakçıları yaradıcılığa stimullaşdırdığını vurğulayıb. Yazı müsabiqəsinin Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq keçirildiyini və Azərbaycan müəllimi qəzeti tərəfindən təşkil olunduğunu deyən nazir müavini müəyyənləşdirilmiş mövzu və istiqamətlərin təhsilin ən aktual məsələlərini əks etdirdiyini diqqətə çatdırıb.

Müsabiqənin gedişi və yekunları haqqında məlumat verən nazir müavini qısa müddətdə təşkilat komitəsinə 80 yazının daxil olduğunu və  münsiflər heyəti tərəfindən 1 yazının I, 2 yazının II, 3 yazının III yerə layiq görüldüyünü bildirib.

Firudin Qurbanov müsabiqə qaliblərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Azərbaycan müəllimi qəzetinin baş redaktoru Bayram Hüseynzadə, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, təhsil ekspertləri Şahlar Əsgərov və Etibar Əliyev çıxış edərək belə yaradıcılıq müsabiqələrinin təhsilalan və təhsilverənləri fəallaşdırdığını, onların ölkədə aparılan təhsil islahatlarına öz münasibətlərini, təhsilimizin gələcək inkişafı ilə bağlı rəy və mülahizələrini bildirmələrinə imkan yaratdığını nəzərə çatdırıblar.

Sonda qaliblərə Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunub.

 

Xəbər lenti

 

Bütün xəbərlərə baxmaq

Video

Günün ulduz falı

Hava

Xəbərlər arxivi

27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
 

Bizə qoşulun